Türkiyədə Zəfər Günü qeyd olundu - FOTO

Türkiyədə Zəfər Günü qeyd olundu - FOTO

Hazırda oxunan: Türkiyədə Zəfər Günü qeyd olundu - FOTO

44755

Azərbaycanın Türkiyədəki səfirliyi, Ankara şəhərində Azərbaycan Həkimlər Dərnəyi, eləcə də Gülhanə Tədris və Araşdırma Xəstəxanasının təşkilatçılığı ilə "Qarabağ Zəfəri - Həkim gözüylə qardaşlığın dastanı" adlı tədbir keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Gülhanə Halil Akçiçek konfrans zalında keçirilən tədbirdə ictimaiyyət nümayəndələri və qardaş ölkədə təhsil alan tələbələr də iştirak ediblər.


Keçirilən tədbirdə Vətən müharibəsinin ilk günündən Gülhanə Tədris və Araşdırma Xəstəxanasında təhsil alan azərbaycanlı zabitlərin könüllü olaraq cəbhə zonasına yollanmasından, həkimlərimizin orada apardıqları uğurlu əməliyyatlardan ətraflı danışılıb.



"Zəfər Günü"nün ildönümü münasibətilə Türkiyədə səfərdə olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestr heyəti tədbirdə hərbi marşlar ifa edib.

Sonda həkimlərin döyüş əməliyyatlarında iştirakını əks etdirən foto-sərgi təqdim edilib, xatirə şəkli çəkdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO