Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Sputnik Türkiyə” nəşrində yer alıb.
-Baydenlə F-16-ların tədarükü ilə bağlı danışıqlar apardıq, onlardan heç bir mənfi yanaşma görmədim. Ümid edirik ki, münasibətlərlə bağlı bu həssas məsələni yekunlaşdıracağıq.
MÖVZU İLƏ BAĞLI:
Bayden Ərdoğandan Azərbaycan barədə nə soruşub? – GÖRÜŞÜN gizlinləri
-Terror təşkilatlarına qarşı sərhədyanı əməliyyat lazım olanda davam edəcək. Bundan geriyə dönüş yoxdur.
-Tələblərimiz yerinə yetirilməyəndən sonra Qlazqoya getməkdən vaz keçdik. Bu, təkcə öz təhlükəsizliyimizlə bağlı deyil, həm də ölkəmizin nüfuzu ilə bağlı idi.
-Cənab Bayden və Makrona “Dedeağacda bazanın yaradılması bizi ciddi şəkildə narahat edir" dedik.
Bizim.Media