Türkiyədə daha 195 nəfər koronavirusdan öldü

Hazırda oxunan: Türkiyədə daha 195 nəfər koronavirusdan öldü

43049

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 195 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 338 536 nəfər test edilib, onların 24 792-nin koronavirus testi pozitiv nəticə verib, 24 403 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 115 255 712 peyvənd tətbiq edilib ki, bunun 88,87 faizi birinci, 77,49 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO