Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanına gəlişi ilə bağlı yeni DETALLAR

Hazırda oxunan: Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanına gəlişi ilə bağlı yeni DETALLAR

43021

Azərbaycan işgaldan azad olunan ərazilərində həyata keçirilən ilk böyük layihənin açılışına günləri sayır. Füzuli Beynəlxalq Hava Limanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılacaq.

Bizim.Media xəbər verir ki, bu fikirlər “TRT Haber”in Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı hazırladığı materialda yer alıb.

Qeyd edilir ki, işğaldan azad olunan Füzuli şəhərində, türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri ilə hava limanı inşa olunub:
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan birbaşa Füzuliyə gedəcək – SƏFƏRİN DETALLARI


“Yanvarın 14-də təməli qoyulan hava limanında 3 000 metr uzunluğuna və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib”.

Bakı ilə Füzuli arasında sərnişin və yük daşımaları yarım saat ərzində həyata keçiriləcək.

“İlk rəsmi qarşılanma mərasimi Ərdoğan üçün düzənlənəcək. Prezident Rəcəb Tayyib Ərdoğan işgaldan azad olunan torpraqlara ilk rəsmi səfər gerçəkləşdirən dövlət başçısı olub. Füzuli Beynəlxalq Hava Limanı oktyabrın 26-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək tədbirlə istifadəyə veriləcək”.

"Anadolu" agentliyi isə bildirib ki, Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində çıxış edəcək.

Qeyd edilir ki, bu, Türkiyə liderinin son 1 ildə Azərbaycana 3-cü səfəridir. Türkiyə lideri bundan əvvəl 9 dekabr 2020-ci il və 15 iyun 2021-ci ildə də Azərbaycana rəsmi səfər edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO