İran prezidentindən GERİ ADDIM - Azərbaycanlı deputatlarla görüşdə nələr dedi?

Hazırda oxunan: İran prezidentindən GERİ ADDIM - Azərbaycanlı deputatlarla görüşdə nələr dedi?

42652

İran prezidenti İbrahim Rəisi bu gün Şərqi və Qərbi Azərbaycan vilayətlərinin parlamentdəki deputatları ilə görüşüb.

Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir görüşün əvvəlində azərbaycanlı millət vəkilləri hər iki əyalətdə qonşu ölkələrlə sərhəd ticarət məntəqələrində yaranan problemlərdən bəhs edib.

Millət vəkilləri bildirib ki, Urmu gölünün quruması hər iki əyalətdə ətraf mühiti təhdid edir.

Şərqi və Qərbi Azərbaycanda yarımçıq qalmış iqtisadi layihələrin həyata keçirilməsinə yardım edəcəyini vurğulayan Rəisi İranın qonşuları ilə bağlı münasibətlərindən də söz açıb.

O, İranın 15 qonşusu ilə münasibətlərində hər hansı bir problemin olmadığını deyib.

“Qonşularımızla əlaqələr qurmaq və onu inkişaf etdirmək hökumətin prioritet məsələsidir. Lakin hesab edirik ki, əcnəbilər sadəcə bölgədə öz ekspansionist maraqlarını güdürlər və ona nail olmaq istəyirlər. Biz isə sionistlərin qonşularımızla münasibətlərimizə xələl gətirməsinə imkan verməyəcəyik”, - deyə İbrahim Rəisi əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO