Zelenski ofşor şirkətlərinin olduğunu etiraf etdi

Hazırda oxunan: Zelenski ofşor şirkətlərinin olduğunu etiraf etdi

42034

Ukrayna Prezidenti Vladimir Zelenski ICTV telekanalının efirində “Pandora dosyesi” ilə bağlı araşdırmanı şərh edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, siyasətçi vergidən yayınmaq üçün ofşor şirkətlərinin olduğunu söyləyib.

Zelenski dejavu hiss etdiyini qeyd edərək prezident seçkiləri öncəsi Poroşenkonun ətrafının keçirdiyi bənzər bir kampaniyanı xatırladıb və bildirib ki, onlar da oxşar məlumatlar yayımlayırdı.

"Bütün bunlar köhnə bir hekayədir. Bunları eşitdim və gördüm, bütün bunlar detallardır. Yeni bir detal görmədiyim üçün şadam”, deyə Zelenski qeyd edib.
 

O vurğulayıb  ki, Poroşenkonun kanallarında Zelenskinin oliqarx Kolomoyskinin sponsorluğu ilə bağlı məlumatlar elan edilib. Bütün bunlar onların yeni bir şey tapmadığını göstərir.


Eyni zamanda, Zelenski ofşor şirkətlərinin olduğunu inkar etməyib:

“Yanukoviç dövründə "hamı bunu edirdi” və bu, "biznesin strukturu” ilə əlaqəli idi.  Bunun səbəbi vergi orqanlarının təzyiqi idi.

Ukrayna ərazisində və xaricdə belə şirkətlər  açıldı. Şəxsən mən büdcəsiz, dövlətin köməyi olmadan Ukraynada sıfırdan bir biznes qurdum”, deyə Zelenski yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO