Ukraynada diplomat bağ evində ölü tapıldı

Hazırda oxunan: Ukraynada diplomat bağ evində ölü tapıldı

0:00
0:00
41998

60 yaşlı ukraynalı diplomatın meyiti Kiyevdəki bağ evində tapılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Kişinin cəsədi 16 oktyabr şənbə günü Osokorkada bir bağ evində aşkar edilib. Ev sahibinin cəsədini təmizliyə gələn ev işçisi tapıb.

Polis kişinin pilləkənlərdən yıxıla biləcəyini düşünüb.

"Əvvəlcə adamın tək yaşadığı evdəki pilləkənlərdən yıxıldığını öyrəndik. Ancaq o, ayağa qalxaraq ikinci mərtəbədəki bir otağa gedib. Ölüsü də elə orda tapılıb”. Kiyev polisinin mətbuat xidmətinin əməkdaşı Anna Zubareva belə deyib.

Məhkəmə eksperti ölüm səbəbinin qapalı kəllə zədəsi olduğunu deyib.

Hadisə ilə bağlı "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə istintaqı davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO