Gürcüstanda Azərbaycanla bağlı marafon BAŞLADI

Hazırda oxunan: Gürcüstanda Azərbaycanla bağlı marafon BAŞLADI

41936

Gürcüstanda 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan Tbilisi və Rustavi şəhərləri arasında marafona start verilib.

Bizim.Media xəbər verir ki, Tbilisidəki Heydər Əliyev adında parkdan başlayan marafonun məsafəsi 30 kilometr təşkil edir.
 

Yarışa 300-ə yaxın iştirakçı qatılıb. Rustavi şəhərindəki Heydər Əliyev adına parkın yaxınlığındakı finiş xəttini keçən kişi və qadın kateqoriyası üzrə ilk üç yeri tutacaq marafonçular medal, diplom və müxtəlif hədiyyələrlə, həmçinin finişə çatan digər yarış iştirakçıları da sertifikatlarla təltif olunacaqlar.


Marafon Azərbaycanın Gürcüstandakı səfirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO