“Əllillərimiz üçün bütün dünyadan qəpik-quruş yığarkən, Qarabağ erməniləri həmin pulları oğurlamaqla məşğuldur”.
Bizim.Media xəbər verir ki, bu fikirlər erməni jurnalist Roman Baqdasaryanın özünün “Facebook” hesabından yazıdığı statusda qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
İran ordusunun Zəngilanda gizli tuneli üzə çıxdı - SİLAH DAŞINIRMIŞ - FOTO
Belə ki, Qarabağda yaşayan ermənilərin, Ermənistan hökumətinin ayırdığı vəsaitləri mənimsəməsinə məsələsinə toxunub:
“Məlumata görə, 2020-ci ilin dekabrından 2021-ci ilin avqustuna qədər məcburi köçkünlərin yerləşdiyi Qarabağdakı bir otelin sahibi, dövlətdən əlavə yardım almaq üçün yanında yaşayan köçkünlərin sayını daha artıq göstərib. Nəticədə dövlətə 2,24 milyon dram (4,5 min dollar) məbləğində ziyan dəyib”.
Baqdasaryan Qarabağ ermənilərinin bu cür fırıldaqçılıqlarının sayının yüzlərlə olduğunu qeyd edib:
“Son bir ildə Qarabağ ermənilərinin fırıldaqçılıq yolu ilə Ermənistan büdcəsindən oğurluq etdikləri yüzlərlə belə hekayə var. Qarabağ ermənilərinin teleqram kanalları və ictimaiyyət bu barədə bir söz belə yazmır və bütün bu 30 il ərzində onlar oxşar əməllərə imza atıblar. Nəticədə xalqımızdan on milyardlarla dollar oğurlanıb. Biz İlham Əliyevə belə qalib gəlmək istəyirik?”.
Erməni jurnalist fikirlərinə bu cür yekunlaşdırıb:
“Biz ölü və əlillərimizə kömək etmək üçün dünyanın hər yerindən qəpik-quruş yığarkən Qarabağda pul oğurlamaqla məşğuluq”.
Murad Əhmədov, Bizim.Media