ADAU-da anım tədbiri

ADAU-da anım tədbiri

Hazırda oxunan: ADAU-da anım tədbiri

40118

Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar böyük anım mərasimi keçirilib. Moderator.az-a daxil olan məlumata görə, ilk öncə universitetin rektoru, professor İbrahim Cəfərov başda olmaqla, tədbir iştirakçıları ölməz şəhidlərin abidəsini ziyarət ediblər.

Sonra giriş sözü ilə tədbiri açıq elan edən rektor, professor İ.Cəfərov 1990-cı il 20 Yanvar faciəsi zamanı xalqımızın başına gətirilən müsibətlərdən, faciənin xalqın azadlıq tarixindəki həlledici rolundan və Ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə real qiymət verilməsi istiqamətində atdığı addımlardan danışıb. Daha sonra fakültə dekanı Məhərrəm İsmayılov çıxış edərək bildirib ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Tədbir tələbələrin çıxışı ilə başa çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO