Lavrov Azərbaycanla Ermənistan arasında yeni sazişlərin detallarını AÇIQLADI

Hazırda oxunan: Lavrov Azərbaycanla Ermənistan arasında yeni sazişlərin detallarını AÇIQLADI

39138

"Keçən il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması ilə bağlı əldə etdiyi razılaşmaların əsas nəticəsi münaqişə zonasında vəziyyətin sabitləşməsidir".

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə verdiyi açıqlamada deyib.

"9 Noyabr 2020-ci ildən bu yana keçən təxminən bir ilin əsas nəticəsi sabitliyin bərqərar olması və qorunmasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Əfqanıstan haqda: "ABŞ düşünmədən geri çəkildi”


Rusiya sülhməramlı kontingentinin fəaliyyəti nəticəsində bölgədə hazırda heç bir zorakı hərəkət müşahidə edilmir. Başlanğıcda qeydə alınan kiçik insidentlər indi demək olar ki, yoxdur.Yenə deyirəm, vəziyyət stabildir, təbii ki, bir çox problem var”, deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Bakı və İrəvanla Qarabağ bölgəsinə iş səfərlərinin bərpası barədə razılığa gəliblər: 

"Ötən gün Rusiya, ABŞ və Fransadan olan üç həmsədr Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb. Anladığım qədər onlar regiona gedəcək, Ermənistan və Azərbaycan nümayəndələri ilə danışacaq, o cümlədən Xankəndidə görüşlər keçirəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO