Sabiq futbolçusu İstanbulda insanlara atəş açdı - SƏBƏB - FOTO

Hazırda oxunan: Sabiq futbolçusu İstanbulda insanlara atəş açdı - SƏBƏB - FOTO

39068

Türkiyənin "Fənərbaxça" və "Beşiktaş" futbol klublarının keçmiş oyunçusu Sezer Öztürk Türkiyə polisi tərəfindən axtarılır. 

Bizim.Media NTV Spor-a istinadən xəbər verir ki, o, qətldə şübhəli bilinir.

Sentyabrın 19-da İstanbulda bir nəfər yolda mübahisə zamanı insanlara atəş açıb. Zərərçəkənlərdən biri ölüb, dörd nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə şahidləri atəş açan şəxsin keçmiş futbolçu Sezer Öztürk olduğunu görüblər. O vaxtdan bəri Sezer itkin düşüb.

35 yaşlı Öztürk Almaniyanın “Bayer” klubunun Akademiyasını keçib, “Nürnberq”də oynayıb, sonra Türkiyəyə gəlib. Türkiyənin yeniyetmə və gənclər komandalarında top qovub. Karyerasını 2015-ci ildə başa vurub.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO