Ermənilər ölkəni kütləvi şəkildə tərk edir – SON STATİSTİKA

Hazırda oxunan: Ermənilər ölkəni kütləvi şəkildə tərk edir – SON STATİSTİKA

39061

Cari ilin yanvar-avqust ayları ərzində Yerevandakı “Zvartnos” hava limanından 701 min 750 sərnişin tərk edib. Onlardan 653 min 697 nəfər müəyyən səbəblərdən ölkəyə qayıdıb.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin hava limanı rəsmi məlumat yayıb.

Bildirilib ki, bununla belə, son 7 ayda Ermənistanı 48 min 53 vətəndaş həmişəlik tərk edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Qarabağa axını ÇOXALACAQ - “Vəziyyət xeyrimizə o qədər dəyişib ki...”


Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü, deputat Vaqe Akopyan isə jurnalistlərə bildirib ki, son vaxtlarda Ermənistanı tərk edənlərin sayı "kosmik səviyyəyə" çatıb.

Onun sözlərinə görə, Zəngəzurdan (Sünik) xaricə köçənlərin sayı günbəgün artır.

Deputat deyib ki, 2021-ci ildə Ermənistanı 110 min nəfər tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO