"Nikol, sən Köçəryan və Serjlə birlikdə cavab verəcəksən" - Paşinyana hücum oldu -VİDEO

Hazırda oxunan: "Nikol, sən Köçəryan və Serjlə birlikdə cavab verəcəksən" - Paşinyana hücum oldu -VİDEO

37985

Vətəndaş bu gün Nikol Paşinyanın Yerablur hərbi panteonuna səfəri zamanı "Nikol, sən Köçəryan və Serjlə birlikdə uşaqların öldürülməsinə, müstəqilliyin süqutuna görə cavab verəcəksən" deyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “aysor.am” saytında yerləşdirilib.

Mənbə yazır ki, polis onu tez bir zamanda ərazidən uzaqlaşdırıb.

Qeyd edək ki, Nikol Paşinyanın başçılıq etdiyi yüksək vəzifəli şəxslər bu gün Yerablur hərbi panteonunu ziyarət ediblər.

"Yerablur"da jurnalistlərin işi məhdudlaşdırılıb.: ziyarətin foto və video çəkilişinə icazə verilməyib.

Rəsmilərin gəlməsindən əvvəl, ölən və itkin düşən hərbçilərin yaxınları hərbi panteonda olub, jurnalistlərlə söhbət ediblər. Sonra polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onları "Yerablur" ərazisindən çıxarıblar. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO