“Paşinyanın məzarları ziyarət etmək haqqı yoxdur” - Ölən hərbçilərin valideynləri

Hazırda oxunan: “Paşinyanın məzarları ziyarət etmək haqqı yoxdur” - Ölən hərbçilərin valideynləri

37936

44 gün davam edən müharibədə ölən Levon Galstyanın atası Armen Galstyan Ermənistan Baş naziri Nikol Paşinyanın Yerablur hərbi panteonuna gəlməyinə qarşı çıxıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputik Ermənistan” nəşri yayıb.

Mənbə yazır ki, hüquq-mühafizə orqanları Galstyanı Yerablurun ərazisindən uzaqlaşdırıblar.

Armen Galstyan jurnalistlərə bildirib ki, ölənlərin valideynləri Paşinyanın panteonu ziyarət etmək hüququnun olmadığını düşünürlər. 
 

Hökumət başçısının korteji gələn kimi onlar ərazidən çıxarılıb. Digər valideynlər də bu fikri bölüşürlər, amma jurnalistlər onlara yaxınlaşanda çəkməməyi tələb ediblər.


Qeyd edək ki, polis panteonda media nümayəndələrinin yüksək rütbəli şəxslərə yaxınlaşmasına icazə verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO