Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ müharibəsində itkin düşən həbçilərin valideynlərini qəbul edib.
Bizim.Media-nın erməni mətbuatına istinadla verdiyi məlumata görə, Paşinyan əsgər valideynlərinə ona daha iki gün vaxt verməsini xahiş edib.
Hərbçilərin yaxınları bildiriblər ki, baş nazir noyabrın 30-da onların suallarına dəqiq cavablar verəcək:
"Paşinyan şəxsən zəmanət verdiyini dedi. Biz isə inanmadığımızı bildirdik. Belə olan halda o, 30 noyabrdan gec olmayaraq son cavabı verəcəyini bildirdi. Əgər 30 noyabra qədər son cavab olmasa, onda özümüz uşaqlarımızı axtarmağa gedəcəyik”.
Bizə deyirlər ki, səsimiz həlak olan hərbçilərin valideynlərindən daha uca çıxır. Ən yaxşı halda gözləyirik ki, uşaqlara məzuniyyət verəcəklər", - valideynlərdən biri bildirib.
Xatırladaq ki, övladları itkin düşən hərbçilərin valideynləri artıq bir neçə gündür etiraz aksiyası keçirirlər.
Bizim.Media
- A-
- A
- A+
Region
09:57 / 28.11.2020
Paşinyan itkin hərbçilərin valideynlərindən 2 gün vaxt istədi
Hazırda oxunan: Paşinyan itkin hərbçilərin valideynlərindən 2 gün vaxt istədi
Hazırda oxunan: Paşinyan itkin hərbçilərin valideynlərindən 2 gün vaxt istədi
3716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.