Əfqanıstanın qadın futbolçuları ölkədən qaçdı

Hazırda oxunan: Əfqanıstanın qadın futbolçuları ölkədən qaçdı

37132

Əfqanıstanda qadınlardan ibarət milli futbol komandasının nümayəndələri ölkədən qaçıb.

Bizim.Media “Daily Sabah”a istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Favad Çaudri bildirib.

Nazir idmançıların Əfqanıstan-Pakistan sərhədindəki “Torxham” keçid məntəqəsində olduğunu bildirib.

İnformasiya nazirinin sözlərinə görə, Pakistanın Futbol Federasiyasının rəhbərliyi qadın futbolçuları qəbul edib.

Vətənini tərk edən idmançıların adları və onların ölkəni beynəlxalq yarışlarda təmsil etməyə davam edib-etməyəcəyi dəqiqləşdirilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO