ABŞ Gürcüstana raket sistemləri verəcək

Hazırda oxunan: ABŞ Gürcüstana raket sistemləri verəcək

31239

ABŞ əldə olunmuş razılığa əsasən Gürcüstana ümumi dəyəri 30 milyon dollar təşkil edən tank əleyhinə portativ “Javelin” (FGM-148) raket sistemləri verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun Beynəlxalq Müdafiə İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilir ki, müqavilənin şərtləri Dövlət Departamenti ilə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi arasında ziddiyyət təşkil etmir.

Qeyd olunur ki, “Javelin” sistemləri Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün uzunmüddətli müdafiə potensialı yaratmağa kömək edəcək, ölkənin tank əleyhinə potensialını artıracaq, mövcud və gələcək təhdidlərə cavab vermək qabiliyyətini gücləndirəcək.

Agentlikdən bildirilib ki, “Javelin” raket sistemləri “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən müştərək istehsal olunur. Sistemlər zirehli maşınları və alçaqdan uçan hədəfləri məhv etmək üçün hazırlanıb.

“Javelin” 1996-cı ildə Amerika ordusunun xidmətinə verilib. Bu sistemlər İraq müharibəsi və digər silahlı qarşıdurmalar zamanı istifadə edilib.

Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO