Gürcüstanda bu addımı atan şəxslər cərimə olunacaq

Gürcüstanda bu addımı atan şəxslər cərimə olunacaq

Hazırda oxunan: Gürcüstanda bu addımı atan şəxslər cərimə olunacaq

29361

Gürcüstanda digər dövlətlərin bayraqlarına zərər vuranlar cəzalandırılacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanıb.
 

Qanuna əsasən, dövlət qurumları yaxınlığında yerləşən Avropa İttifaqı (Aİ), beynəlxalq təşkilatlar və ölkənin diplomatik münasibətləri olduğu dövlətlərin bayraqlarına zərər vuran şəxslərə qarşı cərimə tətbiq ediləcək.


Qanun layihəsinin ilkin versiyasına əsasən, bayrağı zədələyən şəxs 1 000 lari həcmində cərimə olunacaq. Eyni şəxs həmin hərəkəti təkrarlayarsa, hakimin qərarı ilə inzibati qaydada həbs oluna bilər.

Sənədin parlamentin növbədənkənar iclaslarında müzakirəsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO