Gürcüstanda müxalif jurnalistlər parlamentə daxil oldular – Qarşıdurma - VİDEO

Gürcüstanda müxalif jurnalistlər parlamentə daxil oldular – Qarşıdurma - VİDEO

Hazırda oxunan: Gürcüstanda müxalif jurnalistlər parlamentə daxil oldular – Qarşıdurma - VİDEO

28324

Gürcüstanda deputatlarla görüş tələb edən müxalif jurnalistlər parlament binasına daxil olublar.

Bizim.Media “Sputnik Gürcüstan” xəbər verir ki, müxalifət televiziyası “TV Pirveli”nin qurucusu Vato Tseretelinin iclas salonuna girməyə qərar verməsindən sonra qanunverici orqanda dava başlayıb. O, yaralanıb.

Hazırda qarşıdurma davam edir. Müxalifət nümayəndələri parlamentin sədrinin yerinə keçərək tribunadan hökumətin istefasını tələb edirlər.

Parlamentə girmədən əvvəl jurnalistlər baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi hökumətin istefasını tələb edən etiraz aksiyalarına davam edəcəklərini vurğulayaraq ortaq açıqlama yayıblar. Bunun səbəbi 5 iyul Tbilisidəki iğtişaşlar zamanı ağır döyüldükdən altıncı gün sonra vəfat edən “TV Pirveli”nin operatoru Lekso Laşkaravanın ölümü olub. Nümayişçilər hesab edirlər ki, səlahiyyətlilər iğtişaşlar zamanı vətəndaşları qorumadıqları üçün məsuliyyətə cəlb edilməlidirlər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO