Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyununda olacaq.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan: “Bayden Türkiyəyə gəlmək istəyir”
O, prezident seçkilərinin 6 aydan sonra keçiriləcəyi ilə bağlı məlumatları təkzib edərək deyib ki, seçkilər 2023-cü ilin iyununda keçiriləcək.
Bizim.Media