Gürcü deputatdan parlamentdə Novruz bayramı ilə bağlı ÇAĞIRIŞ 

Hazırda oxunan: Gürcü deputatdan parlamentdə Novruz bayramı ilə bağlı ÇAĞIRIŞ 

26105

“Gürcüstan azərbaycanlıları Novruz bayramı gününün istirahət günü elan edilməsi ilə bağlı parlamentə müraciət təqdim ediblər”. 

Bizim.Media xəbər verir ki, bu barədə qanunverici orqanın millət vəkili Tariel Nakaidze plenar iclasda ombudsmanın illik hesabatının təqdimatından sonra çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bu təşəbbüsün dəstəklənməsi vacibdir. 

Parlament üzvü Gürcüstanda yaşayan etnik azlıqların üzləşdiyi problemlərə də toxunub. O, qanunverici və icra hakimiyyətlərinin bəzi nümayəndələrinin etnik azlıqların yaşadıqları bölgələrdə baş verən proseslərlə bağlı diskriminativ bəyanatlarla çıxış etdiklərini bildirib. 

Nümunə olaraq isə, pandemiya zamanı keçmiş Baş nazir Giorgi Qaxarianın Gürcüstanı xristian dövləti adlandıraraq xristianlara üstünlük verdiyini, onların dini ayinlərinə problem yaradılmadığı, lakin eyni zamanda müsəlmanlara problemin yaradılması məsələsini dilə gətirib. 

O həmçinin, Dmanisi hadisələri zamanı Xarici İşlər Nazirinin və parlamentdəki bəzi millət vəkillərinin Dmanisi probleminin Azərbaycan və Gürcüstan arasında həll edilməsini dilə gətirməsini də diskriminasiya adlandırıb və bununla da ölkədəki vətəndaşların hüquqlarının pozulduğunu bildirib. 

Nakaidze həmçinin Gürcüstan qanunvericiliyinə azlıqların mədəni narrativinin daxil edilməsinin vacibiyini də vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO