Qarabağ ilə bağlı üçtərəfli sazişin həyata keçirilməsi və problemin son həlli prosesi yaxın gələcəyin işidir və Ermənistan buna ciddi şəkildə hazır olmalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın açıqlamasında bildirilir.
Ter-Petrosyan hakimiyyəti və müxalifəti "mövcud böhranı yalnız konstitusiya yolu ilə həll etməyə" çağıraraq qeyd edib ki, ən yaxşı çıxış yolu tərəflərin qarşılıqlı razılığa gəlməsidir.
Keçmiş prezident deyib ki, rəhbərlik etdiyi Milli Konqres Partiyası nə hakimiyyət uğrunda mübarizənin iştirakçısı, nə də kiminsə tərəfdarı deyil.
O, həmçinin II Qarabağ Müharibəsinin yekunu olaraq imzalanmış sazişə də münasibət bildirib:
“Bu sazişə müharibəni başa çatdıran və yeni qurbanların qarşısını alan fakt kimi baxmaq lazımdır”.
Onun dediyi sözlərdən belə çıxıb ki, sazişin icrası və münaqişənin bir dəfəlik həlli üçün çox az vaxt qalıb. İndi hər şeyi qırağa qoyub bu mərhələyə Ermənistanın çıxarları baxımından çox ciddi hazır olmaq lazımdır.
Yoxsa Ermənistanı müharibənin nəticələrindən də ağır növbəti fəlakət gözləyir.
Bizim.Media