Ermənistanda elektron səsvermə başa çatır – TƏFƏRRÜAT

Hazırda oxunan: Ermənistanda elektron səsvermə başa çatır – TƏFƏRRÜAT

24387

İyunun 1-də Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı elektron səsvermə start götürüb. 

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, onlayn səsvermə iyunun 13-də saat 20:00-da yekunlaşacaq. 

Daha sonra nəticələr hazırlanacaq və MSK cavabları iyunun 20-də saat 20:00-dan sonra açıqlayacaq. Bu tarixdə Ermənistanda bütün seçki məntəqələri bağlanacaq.

Qeyd edək ki, Ermənistanda elektron səsvermə hüuqu ancaq Ermənistanın diplomatik, konsulluq nümayəndəliklərində çalışanlara və onların ailə üzvlərinə verilir. Bununla yanaşı, onlayn səsvermə imkanından müxtəlif səbəblərə (ezamiyyət, təcrübə və s.) görə, ölkə xaricində olan erməni hərbçilər də yararlanacaq. 

Elektron səsvermədə cəmi 650 nəfər iştirak edə biləcək. Ermənistanın MSK-nın siyahısında belə deyilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO