Ermənistan danışıqları dondurdu – ŞOK SƏBƏBLƏRİ 

Hazırda oxunan: Ermənistan danışıqları dondurdu – ŞOK SƏBƏBLƏRİ 

24241

Ermənistanda başlayan seçkiqabağı kampaniya ilə əlaqədar erməni tərəfi gün ərzində onlarla bəyanat səsləndirir.

Bu fikriləri politoloq Fərhad Məmmədov Bizim.Media-nın Ermənistanda seçkiqabağı səsləndirilən radikal bəyanatlarla bağlı sualına cavab verərkən bildirib. O, Ermənistandakı hazırkı mənzərəni şərh edərkən deyib ki, indi ermənilər daxili böhranın əsirinə çevriliblər. Onlar hələ uzun müddət bu xaosdan çıxa bilməyəcəklər. Səsləndirilən bütün bəyanatlar da seçki qabağı xal qazanmaq cəhdləridir:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda seçkilər: Tərpəndikcə bataqlıqda batan ölkə...


“Elə təəssürat yaranır ki, sanki Ermənistan özü özü ilə danışır. Amma bütün bəyanatlara rəğmən Azərbaycanın münasibəti təmkinlidir, elə gün olub ki, heç bir cavab verilmir. 
O ki qaldı sərhədlə bağl və yaxud hər hansısa digər məsələlərə, Ermənistanda keçirilən seçkilər hər hansı bir məcraya girənə qədər irəliləyişi mümkünsüz sayıram.

Vəziyyət necə var elə də qalacaq. Ermənilərin müəyyən provokasiyaları mümkündür. Azərbvaycan tərəfi bunu da nəzərə alaraq hazırda sərhəddə olan infrastrukturu gücləndirib. Yəni, Ermənistanda dayanıqlı hakimiyyət formalaşandan sonra hansısa prosesdən söhbət edə bilərik. Bu isə ən yaxşı halda təxminən iyulun sonlarına təsadüf edəcək.

Buna qədər İrəvandan səslənən bütün bəyanatları Bakı cavabsız qoyacaq deyə, düşünürəm” 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO