Saakaşviliyə daha 4,5 il HƏBS CƏZASI verildi

Saakaşviliyə daha 4,5 il HƏBS CƏZASI verildi

Hazırda oxunan: Saakaşviliyə daha 4,5 il HƏBS CƏZASI verildi
239727
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini 2021-ci ildə sərhədi qanunsuz keçməkdə ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli” telekanalı məlumat yayıb.

Hökmü hakim Mixail Cincholiya oxuyub. Hökmün elanı məhkəmə zalında səs-küyə səbəb olub.

Məhkəmə icraçıları eks-prezidentin tərəfdarlarını məhkəmə zalından çıxarmağa məcbur olublar. Saakaşvilinin özü iclasda iştirak etməyib. 

Xatırladaq ki, bu il martın 12-də Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini dövlət vəsaitlərini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO