“Türkiyə üçtərəfli əməkdaşlığı dəstəkləyir” - Ərdoğan

Hazırda oxunan: “Türkiyə üçtərəfli əməkdaşlığı dəstəkləyir” - Ərdoğan

23188

“Türkiyə Gürcüstanı regional əməkdaşlığın açarları kimi görür. Son 14 ildə bu ölkənin ən böyük ticarət tərəfdaşıyıq. Ticarəti sürətləndirəcək gömrük anlaşmaları üzərində çalışırıq. Bu istiqamətdə hədəfimiz 3 milyard dollardır”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi birgə brifinqdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Azərbaycanla bağlı mühüm sənədi təsdiqlədi


Onun sözlərinə görə, Türkiyə və Gürcüstanın Azərbaycanla üçtərəfli əməkdaşlığı böyük önəm daşıyır:

“Türkiyə Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəkləyir”.

R.T.Ərdoğan qeyd edib ki, mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində birgə addımlar atılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO