Ermənistan Müdafiə Nazirliyində XAOSDUR – “Boz kardinal” kimdir?

Ermənistan Müdafiə Nazirliyində XAOSDUR – “Boz kardinal” kimdir?

Hazırda oxunan: Ermənistan Müdafiə Nazirliyində XAOSDUR – “Boz kardinal” kimdir?

22550

Azərbaycan Silahlı Qüvvələri iki həftədən çoxdur ki, Ermənistanla sərhəddə dayanır, atəş nəticəsində bir erməni əsgərini öldürür (bu, növbəti feykdir, öz təsdiqini tapmayıb), erməni generalları arasında isə həqiqi ixtilaf hökm sürür.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı "Joxovurd" qəzetinə istinadən yayıb.

Nəşr qeyd edir ki, müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyanla Baş Qərargah rəisi Artak Davtyan arasındakı münasibətlər bu günlərdə ciddi şəkildə pisləşib. İkinci şəxs qərarlarının heç birini Arutyunyanla bölüşmür.

Qəzetin yazdığına görə, bu haqda vəziyyət, hətta Baş nazirin vəzifəsini icra edən  Nikol Paşinyana da çatdırılıb. O isə vəziyyəti düzəltmək və əmr zəncirini tənzimləmək üçün addım atmır. 

Nəşr bildirir ki, nazirlikdə “boz kardinal”a çevrilən Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyanın böyük nüfuzu var.

O, bu vəzifəyə nisbətən yaxın zamanda təyin edilib, əvvəllər Paşinyanın məsləhətçisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO