Ermənistan 6 hərbçisinin əsir götürüldüyünü təsdiqlədi

Ermənistan 6 hərbçisinin əsir götürüldüyünü təsdiqlədi

Hazırda oxunan: Ermənistan 6 hərbçisinin əsir götürüldüyünü təsdiqlədi

22541

Ermənistan Müdafiə Nazirliyi 6 erməni hərbçisinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülməsi barədə məlumatı təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “armeniasputnik.am” saytı nazirliyin mətbuat xidmətinə istinadən yayıb. 

Xatırladaq ki, 6 erməni hərbçinin əsir götürüldüyü haqda ilk xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Bildirib ki, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib və mühasirəyə alınaraq zərərsizləşdirilib, nəticədə əsir götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO