Gürcüstanda parlament çoxluğunu qazanan “Gürcü Arzusu” partiyasının deputatı Quram Maçaraşvili ölkədə asksiyaların dağıdılmasını Avropa və Amerikadakı analoji vəziyyətlərlə müqayisə edib.
Bizim.Media xəbər verir ki, o, Gürcüstanda dinc aksiyaların dağıdılmadığını bildirib.
“Mitinqləri dağıtmaq üçün Amerika və Avropa standartlarını görmüsünüzmü? Gürcüstanda, yoxsa Avropada olanlar daha münasibdir? Avropa standartı ondan ibarətdir ki, Fransada aksiyaların itlərlə dağıdılmasına icazə verilir. Məsələn, ABŞ-da insanlar otaqlarında gizlənərkən içəri girib orada onlara zərər verirdilər. Bu Amerika standartıdır. Gürcüstanda belə bir hadisə olubmu?
Ona görə də əvvəlcə ABŞ və Avropada etirazçıların necə dağıdıldığına baxın, sonra Gürcüstandakılarla bağlı şikayət edin”, - Maçaraşvili bildirib.
Qeyd edək ki, Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərində “Gürcü Arzusu” partiyasının qazandığı qələbədən sonra Qərbyönümlü müxalifət etiraz aksiyalarına start verib. Baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də Gürcüstanın 2028-ci ilə qədər Avropaya inteqrasiyadan imtinası ilə bağlı açıqlamasından sonra etirazlar daha da gərgin hal alıb.
Bizim.Media