Gürcüstan XİN: "Xarici dövlətlər ölkənin diplomatlarına təzyiq göstərir"

Gürcüstan XİN: "Xarici dövlətlər ölkənin diplomatlarına təzyiq göstərir"

Hazırda oxunan: Gürcüstan XİN: "Xarici dövlətlər ölkənin diplomatlarına təzyiq göstərir"

223261

"Xarici dövlətlər ölkədən kənarda işləyən gürcü diplomatlarına təzyiq göstərirlər. Bu, qəbuledilməz haldır".

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Tbilisidə parlament qarşısında yenidən etiraz aksiyası başlayıb


"Gürcüstan XİN ölkənin diplomatik xidmətinə göstərilən təzyiqi və təxribata çağırışları pisləyir. Suveren dövlətin qurumlarının fəaliyyətinə müdaxilə cəhdləri qəbuledilməzdir", - bəyanatda qeyd olunub.

Bildirilir ki, Gürcüstan hakimiyyəti Aİ ilə Assosiasiya Sazişi və Avropa İttifaqı ilə Dərin və Hərtərəfli Azad Ticarət Sazişi üzrə öhdəliklərini həmişə yerinə yetirib.

"Müvafiq olaraq, Gürcüstan hökuməti ölkəyə gələcəkdə Avropa İttifaqına üzvlüklə bağlı sürətli danışıqlara daha yaxşı hazırlaşmaq imkanı verən Assosiasiya Sazişi əsasında Aİ-yə inteqrasiya prosesini qətiyyətlə davam etdirəcək", - nazirlik vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO