Paşinyan: 10 noyabr bəyanatını imzalamaqla düzgün hərəkət etmişəm

Paşinyan: 10 noyabr bəyanatını imzalamaqla düzgün hərəkət etmişəm

Hazırda oxunan: Paşinyan: 10 noyabr bəyanatını imzalamaqla düzgün hərəkət etmişəm

220664

10 noyabr 2020-ci il tarixli bəyanatı imzalayarkən Nikol Paşinyan yanında iştirak edən partiya üzvlərinin fikri ilə maraqlanmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı danışıb.

“10 noyabr 2020-ci ildə bəyanat imzalanarkən bir çox həmkarım ofisimdə idi. Dedim: “İndi məni heç kimin fikri maraqlandırmır, bu məsuliyyəti öz üzərimə götürürəm və bu bəyanatı imzalayacağam”. Və düşünürəm ki, mən düzgün hərəkət etmişəm". Ermənistan KİV-i onun dediklərindən sitat gətirib.

Onun sözlərinə görə, elə vaxtlar olur ki, insan məsuliyyəti öz üzərinə götürməlidir.

Xatırladaq ki, üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanıb.

Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO