Ermənistanda qalmaqal: silah baronu sərbəst buraxıldı

Ermənistanda qalmaqal: silah baronu sərbəst buraxıldı

Hazırda oxunan: Ermənistanda qalmaqal: silah baronu sərbəst buraxıldı

21405

Silah satıcısı David Qalstyan ("Patron Davo" kimi tanınır) Ermənistan Apellyasiya Məhkəməsinin qərarı ilə nəzarətdən azad edilib.

Bizim.Media xəbər verir ki, Qalstyanın vəkili Armen Arutyunyan bu məlumatı “Sputnik Ermənistan”a təsdiqləyib.

"İlk instansiya məhkəməsinin Qalstyanın həbs müddətinin iki ay uzadılması barədə Apellyasiya Məhkəməsinə müraciət etdik. Apellyasiya Məhkəməsinin hakimi Sergey Marabyan bu gün vəsatətimizi təmin etdi. O, sərbəstdir", deyə o, qeyd edib.

İş adamının Ermənistan Müdafiə Nazirliyinə köhnə və istifadəyə yararsız top mərmiləri verməkdə günahlandırıldığı qeyd olunur. 

İş materiallarına görə, Qalstyan xaricdə qeydiyyatdan keçmiş bir şirkətlə əlaqəyə girərək Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və quruma 1983-1986-cı illərdə top mərmiləri satıb.
Mərmilər bağlanmış müqavilənin tələblərinə cavab verməyib və 1977-ci ildə Çexiyada istehsal edilən top mərmiləri olub.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX)  korrupsiya elementləri ilə Müdafiə Nazirliyinə satılan digər sui-istifadə hallarını da araşdırır.  Qalstyan özü ona qarşı irəli sürülən ittihamları uydurma adlandırır.

O, silah ticarəti sahəsində ixtisaslaşmış bir neçə şirkətə sahibdir. İrəvanda Kalaşnikov avtomatlarını yığan Neytron zavodu da ona məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO