Ceyhun Bayramov: “Ermənistanın fundamental sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları var”

Ceyhun Bayramov: “Ermənistanın fundamental sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları var”

Hazırda oxunan: Ceyhun Bayramov: “Ermənistanın fundamental sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları var”

207413

“Azərbaycan Ermənistanla münasibətlərinin normallaşdırılmasını hədəfləyib, lakin hesab edir ki, Ermənistan Respublikasının uzun onilliklər ərzində irəli sürdüyü bütün əsassız tələblər aradan qaldırılmalıdır. Lakin bu, bəyanatlar və bəyannamələr səviyyəsində baş verməli deyil, hüquqi cəhətdən əsaslandırılmış formada öz əksini tapmalıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, rəsmi Bakı üçün əsas məsələ Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından tamamilə imtina etməsidir, sülh müqaviləsi bu məsələyə qayıtmanın bütün potensial risklərini aradan qaldırmalıdır:

“Heç kimə sirr deyil ki, Ermənistanın bütün fundamental sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları var, bu yolverilməzdir və bu, sülh müqaviləsinin bağlanması prosesinin başa çatdırılmasına əsas maneədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO