Donbass separatçılarından ermənilərə dəstək

Donbass separatçılarından ermənilərə dəstək

Hazırda oxunan: Donbass separatçılarından ermənilərə dəstək

2071

Donbass könüllüləri qondarma Dağlıq Qarabağ respublikasının separatçılarına kömək etmək niyyətindədir.

Bizim.Media xəbər veri ki, bu barədə “Anna news” internet televiziyası “Facebook” səhifəsində video paylaşıb.

Donbass könüllülər qrupunun rəhbəri Aleksandr Boroday jurnalistlərlə keçirdiyi görüşdə açıq şəkildə bir qrup könüllü ilə qondarma Dağlıq Qarabağda döyüşməyə gedəcəyini açıqlayıb:

“Bizə Dağlıq Qarabağda ermənilərə yardım etməyə gedəcəyimiz barədə çoxlu suallar ünvanlayırlar. Mən buradan bəyan edirəm ki, biz könüllülər cəmiyyəti Dağlıq Qarabağa gedib, orada vuruşmalıyıq. Çünki, ermənilər bir xaçpərəst kimi yüzillər boyu bizim tərəfdaşımız olub. Onlara kömək etmək bizim borcumuzdur”.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı oğru adlandıran Boroday, baş nazir Nikol Paşinyanı Qərb və ABŞ-ın “kuklas”ı olduğunu da deyib:

“Çox uzun müddət Ermənistan hakimiyyətində  Qarabağ klanı olub. Onlar isə oğru idilər. Serj Sarkisyan bütün dövlət büdcəsini talamışdı. Daha sonra hakimiyyətə Nikol Paşinyan gəldi. O da ABŞ-ın cəsusudur”.

Daha sonra cəmiyyət sədri separatçı rejim erməniləri ilə Ermənistanda yaşayan insanlar arasına nifaq salan fikirlər də səsləndirib. O, qondarma respublikada yaşayan xalqın əsl erməni qanı daşıdığını bildirib.


“Yerevanda yaşayan ermənilərlə qarabağ erməniləri arasında böyük fərq var. Çünki, Qarabağda əsl xaçpərəst erməni kişiləri yaşayır”,- deyə, o, vurğulayıb.

Sonda isə Boroday başda dediyi sözləri təkzib edərək, Donbass könüllülərinə müraciət edib:

“Hazırda Qarabağda rus könüllülərini böyük səbirsizliklə gözləyirlər. Biz tezliklə könüllülərə məsələ barəsində dəqiq məlumat verəcəyik. Bu zaman ərzində isə onlardan xahiş edirik ki, heç yerə getməyib, bizdən xəbər gözləsinlər”,- deyə, o, fikrini tamamlayıb. 

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO