Azərbaycan Ordusu Şuşanı 3 tərəfdən mühasirəyə alıb - Rusiya KİV

Azərbaycan Ordusu Şuşanı 3 tərəfdən mühasirəyə alıb - Rusiya KİV

Hazırda oxunan: Azərbaycan Ordusu Şuşanı 3 tərəfdən mühasirəyə alıb - Rusiya KİV

2051

Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərini Şuşa şəhərindən bir neçə kilometr kənara uzaqlaşdırdığı barədə iddialar irəli sürməyinə baxmayaraq, məlum olub ki, əslində Azərbaycan ordusu şəhəri bir gecədə üç istiqamətdən - cənubdan, qərbdən və şərqdən mühasirəyə ala bilib və indi şəhərə güclü hücum üçün son hazırlıq aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın avia.pro saytında dərc edilən məqalədə yazılıb.

Məqalədə təqdim olunan xəritədə qüvvələrin yerləşməsindən də aydın görünür ki, Şuşada erməni tərəfinin vəziyyəti çox əlverişsizdir:

“Güclü artilleriya zərbələrindən sonra Azərbaycan qüvvələri hücuma keçə və şəhərə daxil ola bilərlər. Buraya daxil olandan sonra isə Xankəndinə yol tam açılır”.



Rusiya saytı yazır ki, ötən həftə ərzində Azərbaycan ordusu aktiv hücumlarını dayandırmasına baxmayaraq, son 24 saat ərzində Qarabağda, eləcə də Ermənistanla sərhəddə beşdən artıq yaşayış məntəqəsini ələ keçirə bilib.

Məqalənin sonunda bildirilir ki, bu gün Qarabağın 40 faizi uğrunda döyüşlər gedir, bölgənin 20 faizi isə separatçı rejimin silahlılarından tam təmizlənib və artıq Azərbaycan ordusunun nəzarətindədir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO