“29,8 min kvadrat kilometr ərazidən bizə nə qədər qaldığını bilmirəm” - Erməni general

“29,8 min kvadrat kilometr ərazidən bizə nə qədər qaldığını bilmirəm” - Erməni general

Hazırda oxunan: “29,8 min kvadrat kilometr ərazidən bizə nə qədər qaldığını bilmirəm” - Erməni general

20418

Ermənistan-Azərbaycan sərhədində baş verən hər şeyə demarkasiya və delimitasiya deyilə bilməz. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının keçmiş komandanı, general-mayor Armen Abramyan mətbuat konfransında bildirib.

O bildirib ki, 9 fevral 2021-ci ildən bəri Araz çayından Zoda (Sotk) qədər Ermənistanın tamamilə yeni sərhədləri müəyyənləşib:

“Şəxsən Ermənistanın 29,8 min kvadrat kilometr ərazisindən nə qədər qaldığını bilmirəm”.

"Delimitasiya üçün Xarici İşlər Nazirliyinin nəzarəti altında dövlətlərarası komissiyalar yaratmaq lazımdır. Bu, ilk növbədə diplomatik işdir, lakin Geodeziya İnstitutunun əməkdaşları da iştirak etməlidirlər. Bildiyim qədər bu tanınmış struktur artıq ləğv edilib. Ancaq heç bir halda sərhədlərin uzlaşdırılması hərbçilərə həvalə edilməməlidir. Bu, gözlənilməz nəticələrə gətirib çıxarır”, deyə Abramyan vurğulayıb.

Bundan əvvəl Ermənistan xarici işlər naziri Ara Ayvazyan Azərbaycanla sərhədin rəsmi bölünməsi barədə heç bir söhbətin aparılmadığını deyib.

Onun sözlərinə görə, sərhədin delimitasiyası və demarkasiyası məsələsi yalnız Azərbaycanla diplomatik münasibətlər qurulduqdan və bununla bağlı ortaq komissiya yaradıldıqdan sonra müəyyənləşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO