Ermənistan Qarabağdan əlini üzdü: “Daha bu məsələyə yüksək həssaslıq göstərməyin”

Hazırda oxunan: Ermənistan Qarabağdan əlini üzdü: “Daha bu məsələyə yüksək həssaslıq göstərməyin”

20398

“İnanıram ki, erməni tərəfi və xüsusən də ictimaiyyətimiz bütün bunlardan sonra qorxulardan qurtulmalı və Qarabağ məsələsinə yüksək həssaslıq göstərməməlidir”.

Bizim.Media xəbər verir ki, bunu hakim "Mənim addımım" blokundan olan deputat Viktor Yengibaryan Ermənistan parlamentinin 7 may tarixli iclasında, 44 günlük müharibədən sonra Qarabağ ətrafında baş verənlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, siyasi qüvvələr insanların hissləri ilə oynamağı dayandırmalıdır:

"Bu, çox incə bir məsələdir və siyasi qüvvələr bunu manipulyasiya etdikdə məlum olur ki, hamımızın bu məsələyə belə həssas münasibəti daha rasional siyasət yürütməyimizə mane olur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO