Qarabağ müharibəsindəki uğursuzluğa görə 628 erməniyə cinayət işi açıldı

Hazırda oxunan: Qarabağ müharibəsindəki uğursuzluğa görə 628 erməniyə cinayət işi açıldı

20293

Ermənistanda 44 günlük Qarabağ müharibəsi ilə əlaqədar 1580 cinayət işi başlanıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistan Baş Prokurorluğuna istinadən yayıb.

Mənbə yazır ki, 628 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Təqsirləndirilənlər arasında adları hələ açıqlanmayan yüksək rütbəli zabitlər də var.

İri miqyaslı cinayət işlərinin istintaqı bir neçə istiqamətdə aparılır: hərbi xidmətə çağırış və səfərbərlik heyəti zamanı pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, Silahlı Qüvvələrin və ayrı-ayrı bölmələrin rəhbərliyindəki cinayət pozuntuları, taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandanlığın əmrlərinə tabe olmamaq.

Bundan əlavə, Ermənistan Təhlükəsizlik Xidməti Şuşa və Hadrutun itirilməsi barədə mediada və sosial şəbəkələrdə yayımlanan materialları araşdırıb.

Prokurorluğun məhkəmə icraatlarına nəzarət üzrə nümayəndəsi Edgar Arsenyanın dediyi kimi, məsələ Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlıdır.

Onun sözlərinə görə, bir iş də dövlətə xəyanət səbəbi ilə başlanıb:

“Hərbi qulluqçuların valideynlərindən pul tələb etmə faktları üzrə 5 cinayət işi də var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO