Ermənistan parlamenti baş naziri seçmədi - Paşinyanın ideyası həyata keçir

Ermənistan parlamenti baş naziri seçmədi - Paşinyanın ideyası həyata keçir

Hazırda oxunan: Ermənistan parlamenti baş naziri seçmədi - Paşinyanın ideyası həyata keçir

19928

Ermənistan parlamenti 3 may tarixində Baş nazirin seçilməsi məsələsini müzakirə etdikdən sonra keçirilən xüsusi iclasda Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini dəstəkləməyib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.

Mənbə yazır ki, Paşinyanın namizədliyini yalnız 1 deputat dəstəkləyib. 3 deputat əleyhinə səs verib, 75 deputat isə bitərəf qalıb.

“Çiçəklənən Ermənistan” və “Parlaq Ermənistan” partiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər.

Beləliklə, erkən seçkilərin təyin edilməsi prosesi başlanıb. Parlament bir həftə içində yenidən baş nazir seçməsə, buraxılacaq və seçkilər rəsmi olaraq təyin ediləcək.

Qeyd edək ki, Ermənistanda erkən parlament seçkilərinin iyun ayının 20-də keçirilməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO