“Zəngilanda kredit götürüb 2 ev tikdim, o da türklərə qaldı” – Ermənilərin İrəvanda növbəti AKSİYASI

“Zəngilanda kredit götürüb 2 ev tikdim, o da türklərə qaldı” – Ermənilərin İrəvanda növbəti AKSİYASI

Hazırda oxunan: “Zəngilanda kredit götürüb 2 ev tikdim, o da türklərə qaldı” – Ermənilərin İrəvanda növbəti AKSİYASI

19913

Bir vaxtlar Zəngilan rayonunda yaşayan ermənilər mayın 3-də İrəvanda Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.

Mənbə yazır ki, Azərbaycanın Zəngilan rayonunun Mincivan qəsəbəsinin sabiq sakinləri adından Məryəm Ayrapetyan jurnalistlərə verdiyi müsahibədə hökumət tərəfindən verilən qərarların və rəsmi mesajların əslində icra edilmədiyini bildirib:

“Çıxılmaz vəziyyətimiz var. Ayk Xanumyan (Qarabağda qondarma rejimin “Ərazi idarəetmə və infrastruktur naziri”) dünən Xankəndindən gələrək hər kəsin Qarabağa qayıtmağının vacibliyini dedi. Mən hər şeyi başa düşürəm və dövlət siyasətini qəbul edirəm, amma Zəngilanda çoxları 30 ildir qan və tər tökə-tökə ev tikib, son müharibədə isə ərazini tərk edib. İndi bu insanları Ağdərənin sərhəd kəndlərində məskunlaşdırmağa çalışırlar, yalnız isə ev tikəcəklərini vəd edirlər”.

Digər etirazçı Anuş Petrosyan Zəngilanda kredit götürərək iki ev tikdiyini, bunun da türklərə qaldığını söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO