Sultan Süleymanın portreti Türkiyəyə HƏDİYYƏ edildi - FOTO

Sultan Süleymanın portreti Türkiyəyə HƏDİYYƏ edildi - FOTO

Hazırda oxunan: Sultan Süleymanın portreti Türkiyəyə HƏDİYYƏ edildi - FOTO

19843

Sultan Süleyman Qanuninin portreti İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) hədiyyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə İBB-nin sədri Əkrəm İmamoğlu “Facebook” səhifəsində məlumat verib.

Ə.İmamoğlu belə yazıb:

“Evinə qayıdır!

Mart ayında İngiltərədəki hərracda rekord qiymətə satılan Sultan Süleyman Qanuninin portreti alıcı tərəfindən İBB-yə hədiyyə edilib. Belə bir qiymətli əsərin İstanbula hədiyyə edilməsi və İBB-yə olan etibarı qürurvericidir. İstanbul üçün a xeyirli olsun”.

Qeyd edək ki, əsər Qanuni Sultan Süleymanın hakimiyyət illərində ən güclü olduğu dönəmlərdə çəkilib. Portretdə Sultan Süleyman 43 yaşındadır.

Portret 22,7x17,5 sm, mis çərçivə ilə birlikdə isə 44,5x39,8 sm ölçüyə malikdir. Portretin müəllifi italiyalı rəssam Kristofano Dell’Altissimodur. Kristofano Dell’Altissimo həmçinin Səfəvilər imperiyasının banisi Şah İsmayıl Xətainin portretini də çəkib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO