\

\"Daşnaksütyun\" partiyasının ofislərində axtarışlar aparılır, saxlanılanlar var

Hazırda oxunan: \"Daşnaksütyun\" partiyasının ofislərində axtarışlar aparılır, saxlanılanlar var

197357

“Daşnaksütyun” partiyasının Yeqnadzor və Vayots Dzordakı nümayəndəliklərində aparılan axtarışlar nəticəsində azı 10 nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə erməni jurnalistlərə partiyanın nümayəndəsi İşxan Saqatelyan məlumat verib.

Bildirilib ki, "Daşnaksütyun" nümayəndələri arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" etiraz aksiyasında fəal iştirak edirlər. 

İşxan Saqatelyan qeyd edib ki, sosial şəbəkələrdə mənşəyi naməlum məlumatlar yayılıb: “Bu məlumatlarda vətəndaşlara etiraz aksiyalarında iştirak etmək üçün rüşvət təklif edilməsi iddia olunur”.

Qeyd edilib ki, bu iddialar əsasında istintaq orqanları  "Daşnaksütyun" partiyasına qarşı cinayət işi açıb, təhqiqat işlərinə başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO