Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Kazandan İrəvana qayıda bilmir.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Ermənistan nümayəndə heyətini geri qaytarmalı olan təyyarədə texniki nasazlıq yaranıb. Bu səbəbdən onlar ölkələrinə qayıda bilmirlər.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Kazanda Türk çörəyini yedi
Ermənistan hökumətinin mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, texniki nasazlıq aradan qaldırılmasa, Paşinyan digər təyyarə ilə İrəvana yola salınacaq.
Qeyd edək ki, Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Kazanda keçirilən iclasında iştirak edib.
Bizim.Media