Pandemiyanın başlamasından sonra Türkiyədə Covid-19 virusu səbəbindən ən yüksək gündəlik ölüm sayı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə 17 günlük tam qapanma başlayıb
Bildirilib ki, son sutkada ölkədə 394 nəfər koronavirusdan həyatını itirib.
Qeyd edək ki, bu günədək ölkədə ən yüksək ölüm sayı (362) 21 aprel tarixində qeydə alınmışdı.
Bizim.Media