“Meğri dəhlizi” adlı termin yoxdur, sadəcə oradan dəmir yolu keçəcək - Stepan Melkonyan

“Meğri dəhlizi” adlı termin yoxdur, sadəcə oradan dəmir yolu keçəcək - Stepan Melkonyan

Hazırda oxunan: “Meğri dəhlizi” adlı termin yoxdur, sadəcə oradan dəmir yolu keçəcək - Stepan Melkonyan

19514

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-leytenant Stepan Melkonyan parlamentdəki jurnalistlərə açıqlamasında deyib ki, Zəngəzur mahalında (Sünik) heç bir dəhliz yaradılmır.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

"Meğri dəhlizi haqqında heç bir söhbət getmir və gedə də bilməz", deyə Melkonyan qeyd edib.

Onun sözlərinə görə, baş nazir müavinlərinin rəhbərlik etdiyi komissiya mümkün logistika marşrutları ilə məşğul olur:

"Bu, malların tranziti üçün dəmir yolu ola bilər. Lakin dəhlizlə əlaqəli məsələ müzakirə edilmir”.

General Xarici İşlər Nazirliyinin tabeliyində sərhədlərin müəyyənləşdirilməsi ilə məşğul olan bir komissiyanın da olduğunu xatırladıb:

“Onlar gələcək delimitasiya üçün müxtəlif illərin xəritələrini araşdırırlar”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev AzTV-yə verdiyi müsahibədə rəsmi Bakının "Ermənistanın istəyindən asılı olmayaraq Zəngəzur dəhlizinin yaradılacağını” söyləmişdi. 
Eyni zamanda, Azərbaycan lideri Ermənistanın bu "dəhliz"i açmağa razı olmadığı təqdirdə məsələni zorla həll edəcəyini deyib. 

Rəsmi İrəvanın isə bu termini qəbul etməməsi anlaşılan deyil. Zəngilanın Ağbənd qəsəbəsindən Naxçıvana salınacaq avtomobil və dəmir yolu ermənilərin düşündüyü kimi yerin altından yox, bir vaxtlar SSRİ dövründə Azərbaycanın əlindən alınan torpaqlardan keçəcək.

Bunun isə necə adlandırılması önəmli deyil. Önəmli olan odur ki, Azərbaycanla Türkiyəni Gürcüstandan sonra daha bir yol birləşdirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO