ŞOK: Ermənistanda çətənə becəriləcək - Ölkə narkotik bazarına çevrilir

ŞOK: Ermənistanda çətənə becəriləcək - Ölkə narkotik bazarına çevrilir

Hazırda oxunan: ŞOK: Ermənistanda çətənə becəriləcək - Ölkə narkotik bazarına çevrilir

19487

Texniki çətənə becərilməsi qaydaları Ermənistanda cümə axşamı hökumətin iclasında qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Mənbə bildirir ki, əkilən çətənə növlərində əsas psixoaktiv maddənin - tetrahidrokannabinolun tərkibi 0,3 faizdən çox olmamalıdır.

Baş nazirin müavini Tiqran Avinyan bu rəqəmin aşdığı bütün növlərin qadağan ediləcəyini söyləyib.

Çətənə yetişdirmək və ya satmaq üçün lisenziya 10 il müddətinə veriləcək və lazım olduqda yenilənəcək. 

Narkotiklərin istehsalı və satışı ilə bağlı hökmü olan (məhkumluğunun ləğv edilib-edilməməyindən asılı olmayaraq) insanlar lisenziya ala bilməyəcəklər.

Avinyan müxtəlif riskləri minimuma endirmək üçün becərmənin açıq sahədə deyil, qapalı modullarda həyat keçirilməsinin vacibliyini vurğulayıb.

Texniki çətənə becərilməsinə bir sıra AB ölkələrində, Çində, ABŞ-da (bəzi ştatlarda) və Rusiyada icazə verilir. 

Xatırladaq ki, əvvəllər bir neçə sahibkar Ermənistanda oxşar biznesə başlamaq arzusunu bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO