KTMT-dən Ermənistanın fəaliyyəti ilə bağlı AÇIQLAMA: "Yaxşılığa doğru dəyişəcək"

Hazırda oxunan: KTMT-dən Ermənistanın fəaliyyəti ilə bağlı AÇIQLAMA: "Yaxşılığa doğru dəyişəcək"

188383

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyəti davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyinə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov məlumat verib.

O deyib: “KTMT ilə təşkilatımızın üzvü olan Ermənistan arasında münasibətlər ən yaxşı dövrünü keçirmir. Bununla belə, Ermənistanın KTMT-də fəaliyyəti davam edir, gündəlikdəki bütün məsələlər işgüzar şəkildə həll olunur”.

KTMT-nin baş katibi əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təşkilatın 2024-cü ildə keçiriləcək sammitində iştirak etməklə bağlı qərarı onun ölkəsinin suveren seçimini əks etdirəcək.

Tasmaqambetov qeyd edib: “Ermənistanın baş naziri Nikol Paşinyanın 2024-cü ildə keçiriləcək KTMT sammitində iştirakı məsələsi suveren və müstəqil ölkənin qərarıdır. Bundan əlavə, sammitə hələ xeyli vaxt qalır, ümidvaram ki, bu aylarda yaxşılığa doğru çox şey dəyişəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO