Xəbər verdiyimiz kimi, bu gün "Erməni layihəsi" elm və təhsil ictimai təşkilatı İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsi ilə birlikdə paytaxtda "Cənubi Qafqazdakı Ermənistan və Türkiyə: reallıqlar və risklər" mövzusunda konfrans keçirib. Konfrans elm və təhsil sahəsinin nümayəndələrinin, ictimai təşkilatların və mütəxəssislərin iştirakı ilə baş tutub. Natiqlər Türkiyənin Cənubi Qafqaz siyasətinin xüsusiyyətlərini təqdim ediblər.
Tədbirdən sonra ilk açıqlama İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Ruben Melkonyandan gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.
Melkonyan deyib ki, erməni səlahiyyətlilər Türklərin qurduğu növbəti tələyə qarşı ehtiyatlı olmalıdırlar.
Şərqşünas Ermənistan Baş nazirinin müavini Tigran Avinyanın KİV-lərdən birinə verdiyi müsahibəsindən sitat gətirib:
“Hərbçilərimiz delimitisyaya qədər sərhəddə müvəqqəti yerləşiblər. Demarkasiya isə Azərbaycan və Türkiyə ilə ikitərəfli əlaqələr qurulduqdan sonra baş tutacaq”.
Belə nəticə çıxartmaq olar ki, Türkiyə ilə münasibətlərin qurulması üçün ilkin şərt olmalıdır. 1973-cü ildə bunu ediblər, 2009-cu ildə isə cəhd göstəriblər.
Biz Qars müqaviləsinə fərqli bir nöqteyi-nəzərdən baxmalıyıq” deyə Melkonyan izah edib.
Ekspertin fikrincə, bu, Türkiyə üçün çox vacibdir, çünki Ermənistan bir daha bu ilkin şərti qəbul etməklə məğlubiyyəti ilə barışmış olur.
Bizim.Media
- A-
- A
- A+
Region
14:17 / 23.04.2021
“Türklərin qurduğu növbəti tələyə qarşı ehtiyatlı olmalıyıq” - Ruben Melkonyan
Hazırda oxunan: “Türklərin qurduğu növbəti tələyə qarşı ehtiyatlı olmalıyıq” - Ruben Melkonyan
Hazırda oxunan: “Türklərin qurduğu növbəti tələyə qarşı ehtiyatlı olmalıyıq” - Ruben Melkonyan
18821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.