“Ermənistan və Azərbaycan ilk dəfə məsələni danışıqlar masası arxasında həll edib” – Paşinyan 

Hazırda oxunan: “Ermənistan və Azərbaycan ilk dəfə məsələni danışıqlar masası arxasında həll edib” – Paşinyan 

188076

“Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib”

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiya ilə bağlı razılaşmadan danışarkən deyib.

“İstəməzdim ki, baş verənləri həddən artıq qiymətləndirək. Amma buna qiymət verməməyimizi də istəməzdim”.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO